Onlar ukraynalılara işgəncə edib, güllələmək əmri veriblər: İki rus komandirinin şəxsiyyəti müəyyən edildi

18:07 28 İyun 2022

Ukrayna Təhlükəsizlik Xidməti Kiyev vilayətində mülki əhaliyə atəş açmaq əmri verən iki rus komandirinin kimliyini müəyyən edib.

Sitat.info-nun məlumatına görə, söhbət batalyon komandiri mayor Maksim Krasnoşekov və rota komandirinin müavini mayor Aleksandr Vasilyevdən gedir.

"Onlar Kiyev vilayətinin Peremoqa kəndinin müvəqqəti işğalı zamanı düşmənin motoatıcı bölmələrinin hərəkətlərinə rəhbərlik ediblər. İşğalçılar yerli sakinləri zorla binaların birində saxlayıb və onlara işgəncə veriblər", - məlumatda deyilir.

Qeyd olunur ki, hər iki komandir ukraynalıları şəxsən dindirərək, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və “Teroborona”nın üzvləri haqqında məlumat almağa çalışıb.

Sonda tabeliyində olanlara əmr veriblər  ki, hərbi cinayəti gizlətmək üçün insanları düz işgəncə yerində avtomatla güllələsinlər, meyitlərlə birlikdə binanı partlatsınlar.

Hazırda mayorlar Krasnoşçekov və Vasilyev qanunla nəzərdə tutulmuş hərbi cinayətləri törətməkdə şübhəli bilinirlər. 

Ləman Sərvanqızı

Sitat.info



Xəbər xətti