Millətçilər və əsgərlər silahı yerə qoysalar, Ukraynada müharibə gün bitməmiş bitə bilər.
SİTAT.İNFO xəbər verir ki, bu açıqlamanı Kremlin sözçüsü Dmitri Peskov edib.
Bu sözləri Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin qışa qədər bitməsini istəməsi ilə bağlı açıqlamasına cavab olaraq bildirib.
Peskov həmçinin deyib ki, Ukrayna tərəfi günün sonuna qədər hər şeyi dayandıra bilər: “Bunun üçün millətçi qoşunlara və Ukrayna ordusuna silahı yerə qoyma əmri verilməli, Rusiya Federasiyasının şərtləri yerinə yetirilməlidir. Bu vəziyyətdə hər şey günün sonuna qədər bitə bilər. Bundan sonra nə olacaq, Ukrayna prezidentinin qərarıdır”.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı məlumat verən Peskov, “Prezidentimizin hərbi əməliyyatların plana uyğun davam etdiyinə dair açıqlamaları bizə yol göstərir” deyib.
Ukraynadakı hərbi əməliyyatların müddəti olub-olmaması ilə bağlı suala Peskov “Xeyr” cavabını verib.
Lamiyə Xəqani
SİTAT.İNFO