Rusiya və İran prezidentləri Aşqabadda görüşüblər

22:22 29 İyun 2022

Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.

Hər iki ölkə liderləri müntəzəm olaraq təmasdadırlar, həmçinin çoxtərəfli görüşlərdə çıxış edirlər.

Prezidentlərin bundan əvvəlki təkbətək görüşü yanvarın 19-da Kremldə baş tutub.

Ötən aylarda liderlər bir neçə dəfə telefonla da danışıblar və Ukraynadakı vəziyyəti müzakirə ediblər, regional sabitlik mövzularına toxunublar və ikitərəfli münasibətlərin gələcək inkişafının tərəfdarı olduqlarını bildiriblər.//report



Xəbər xətti