Co Bayden administrasiyası F-16 qırıcılarının Türkiyəyə mümkün satışını dəstəkləyib.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Seleste Uollander bildirib.
“Türkiyənin güclü müdafiə qabiliyyəti NATO-nun müdafiəsini gücləndirəcək. “Birləşmiş Ştatlar Türkiyənin qırıcı donanmasının modernləşdirilməsini dəstəkləyir, çünki o, NATO-nun və Amerikanın təhlükəsizliyinə töhfə verir.
Bu planlar hazırlanır. Və onlar bizim müqavilə proseslərinin bir hissəsi kimi işlənməlidir”, - Uollander vurğulayıb.
Qeyd edək ki, ötən gün Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə icazə verib.
/Axar.az