Ukrayna 21 mindən çox hərbi cinayət iddiasını araşdırır.
Sitat.info xəbər verir ki, baş prokuror İrina Venicetova BBC-yə deyib. Belə ki, baş prokurorluğa gündə 200-300 müharibə cinayəti haqqında məlumat daxil olur.
Bir çox məhkəmələrin qiyabi keçiriləcəyini etiraf edən Venicetova bu araşdırmaların davam etdirilməsinin “ədalət məsələsi” olduğunu bildirib.
Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya bütün hərbi cinayət ittihamlarını rədd edir.
Ukraynanın Baş Prokuroru xəbərdarlıq edib ki, dinc insanları öldürən, işgəncə verən və zorlayan rus əsgərləri “məhkəməyə gətirilmələrinin an məsələsi olduğunu başa düşməlidirlər”.
Baş prokuror vurğulayıb ki, onun komandası bütün Ukraynada çalışsa da, bəzi insanlara və ərazilərə çıxışın olmaması səbəbindən bütün işlərin “düzgün və səmərəli” araşdırılması mümkün deyil.
Venicetova may ayında 600 şübhəlinin müəyyən edildiyini və 80 araşdırma işinin başladığını bildirib.
Ukraynada ilk dəfə mühakimə olunan rus əsgər serjant Vadim Şişimarin may ayında mülki vətəndaşı öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilib.
Ukrayna paytaxt Kiyev yaxınlığındakı Buça, Borodiyanka və digər şəhərlərdə rus hərbçiləri tərəfindən qısa müddətə ələ keçirilən kütləvi məzarlıqların tapıldığını bildirir.
Beynəlxalq Cinayət Məhkəməsi Ukraynanı “cinayət yeri” kimi təsvir etmiş və araşdırmalara kömək etmək üçün indiyə qədər ən böyük dedektivlər qrupunu göndərmişdi.
Moskva isə mülki şəxslərin hədəf alındığına dair iddiaları rədd edir.
Safura Bənnayeva
SİTAT.İNFO