Rusiya hərbçiləri Xersonda həlak olmuş əsgər yoldaşlarının meyitlərini yandırırlar.
SİTAT.İNFO Lent.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Bildirilib ki, rusiyalı döyüşçülər itkilərin sayını gizlətmək üçün vaxtaşırı həlak olan əsgərlərin cəsədlərini yandırırlar:
"Onların kimliyini müəyyən etmək çətindir. Meyitlərin yandırılmasını ört-basdır etmək üçün hərbçilər yanğınları imitasiya edirlər. Yəni, bunu artilleriya atəşi və sonrakı atəşlərin nəticəsi kimi təqdim etməyə çalışırlar”.
Baş Kəşfiyyat İdarəsi onu da vurğulayıb ki, yanğının simulyasiya edilməsi prosesi hadisə yerində güclü partlayış səsi eşidilməsilə başlayır, bundan sonra isə güclü yanğın baş verir.