Abeni güllələyən şəxs səbəbi belə etiraf etdi

10:43 8 İyul 2022

Xəbər verdiyimiz kimi, Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe Nara şəhərində çıxışı zamanı silahlı hücuma məruz qalıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Böyük Britaniyanın maliyyə naziri Nadhim Zahavi sabiq Baş nazirin dünyasını dəyişdiyini açıqlayıb. Abeyə hücum edən 41 yaşlı Teçuya Yamaqami isə saxlanılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Yamaqami polis bölməsində dindirilərkən Abeyə hücum etməsinin səbəbini açıqlayıb.

İlkin ifadəsində Yamaqami Şinzo Abenin siyasətindən narazı olduğu üçün onu öldürmək istədiyini bildirib.



Xəbər xətti