Sabirabadda dəhşətli HADİSƏ: Qadın iynədən şoka düşüb öldü - VİDEO

21:38 8 İyul 2022

Sağalmaq üçün iynə vurdurdu, şoka düşərək öldü.

Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini Gülnaz Tapdıqova antibiotik tərkibli iynə vururlduqdan sonra şoka düşüb. 42 yaşlı qadın Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. 

Mərhumun yaxınları iddia edirlər ki, Gülnaz Tapdıqova sınaq iynəsindən  şoka düşərək ölüb.

Gülnaz Tapdıqovanın yaxınlarının sözlərinə görə O  Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkim qəbulunda olduqdan sonra aptekə gedərək yazılmış dərmanları alıb. Sonra kənddəki tibb işçisinin qəbuluna gedib. 

Qadının həyat yoldaşı deyir ki, eyni vəziyyət bir neçə ay bundan əvvəl də baş verib.

Tapdıqovlar ailəsi  qadının dərmanları hansı aptekdən aldığını bilmir.

Məsələdə adı hallanan tibb bacısının  mövqeyini öyrənmək üçün üz tutduq yaşadığı ünvana.. Bildirildi ki, həmin şəxs evdə yoxdur. Məlum hadisə ilə bağlı Rayon polis şöbəsinə çağırılıb. 

Məsələ ilə bağlı Sabirabad prokurorluğunda araşdırma aparılır.



Xəbər xətti