Putindən etiraf: Sanksiyalar təsir edir, riskləri görməliyik

09:19 9 İyul 2022

Rusiya Prezidenti Vladimir Putin sanksiyaların iqtisadiyyata mənfi təsirini etiraf edib. O, Rusiya şirkətlərini neft embarqosuna hazırlaşmağa çağırıb.

Sitat.info xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.

“Mən görürəm ki, bəzi həmkarlar artıq mümkün təhlükələrin aradan qaldırılması üçün həyata keçirməli olduğumuz tədbirlərə müəyyən qədər səthi münasibət bəsləməyə başlayıblar. Bunlara əhəmiyyət vermir, artıq hər şeyin keçmişdə qaldığını, hər şeyin öhdəsindən gəldiyimizi düşünürlər. Özümüzə arxayın olmalıyıq, amma riskləri görməliyik”, - Putin qeyd edib.

O, eyni zamanda, neft hasilatının həcminin artdığını və ilin əvvəlindən hasilatın səviyyəsinin əvvəlki illə müqayisədə 3,5 faiz çox olduğunu diqqətə çatdırıb. Bu baxımdan Rusiya qaz və neftin Cənub və Şərqə ixracı üçün infrastruktur quracaq.

Bundan əlavə, Putin etiraf edib ki, yanvar-may aylarında qaz hasilatı 2% azalıb, lakin Rusiyanın yanacaq-energetika kompleksində vəziyyət stabil olaraq qalır.

/Axar.az



Xəbər xətti