Almaniya parlamenti hökumətin Bosniya və Herseqovinadakı Avropa Birliyinin Sülhməramlı Missiyasına (EUFOR Althea) qoşun göndərilməsi və KFOR-un Kosovodakı silahlı qüvvələrinin vəzifə müddətinin daha bir il uzadılması barədə qərarını təsdiqləyib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qərara əsasən Almaniya 10 ildən sonra Bosniya və Herseqovinaya 50 hərbçi göndərəcək.
Digər tərəfdən, NATO-nun Kosovo Qüvvələri (KFOR) missiyasında xidmət edən 400 alman hərbçinin isə vəzifə müddəti daha 1 il uzadılıb.
Qeyd edək ki, Almaniya ordusu 1999-cu ildən bəri beynəlxalq missiya çərçivəsində Kosovodadır.
/Axar.az