ABŞ Çinlə sərhəddə "F-35"ləri hazır vəziyyətə gətirdi – “FİL YERİŞİ”

19:30 9 İyul 2022

ABŞ Hərbi Hava Qüvvələri Yaponiyanın İvakuni hərbi hava bazasında hazırlıq təlimi keçirib.

Təlimə 5 ədəd F-18/A Hornets, 8 ədəd F-35/B, 1 ədəd KC-130J Super Herkules, 10 ədəd F-22 Raptor və 10 ədəd F-35/A cəlb edilib.

Məqsəd Yaponiyanın müdafiəsini dəstəkləmək olduğu açıqlanır.

“Bu təlim müttəfiqlərimizlə birlikdə Hərbi Hava Qüvvələrinin ortaq fəaliyyətini gücləndirmək məqsədi daşıyır”, - ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi Devid Berkland deyib.

ABŞ-ın Yaponiyada bu addımı Çinə “əzələ nümayişi” kimi qiymətləndirilir.

Təlim “Fil yerişi” (Elephant Walk) də adlandırılır. “Fil yerişi” təhlükə olduğu vaxt hücuma hazırlanan döyüş təyyarələrinin təliminə verilən addır. Hücum əmrini yerinə yetirən döyüş təyyarələri ən qısa müddətdə hazır vəziyyətə gətirilir. “Fil yerişi” II Dünya müharibəsi zaman ilk dəfə ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan təlim növüdür.//publika.az 



Xəbər xətti