Sabiq Baş nazirə atəş açan Tesua Yamaqami istintaqa ifadəsində bomba hazırlamağa cəhd etdiyini bildirib.
Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, onun evində axtarış zamanı kustar üsulla hazırlanmış odlu silah və partlaycılar aşkar edilib. Təhlükəsizlik məqsədi ilə ətraf binalar boşaldılsa da, minaaxtaranlar tapılmış maddi sübutların heç bir təhlükə törətmədyini bildiriblər.
Qeyd edək ki, Yaponiyanın keçmiş baş naziri Şinzo Abeyə atəş açan şəxsə qarşı rəsmi ittiham irəli sürülüb. 41 yaşlı Tesua Yamaqami polis idarəsindən prokurorluğa gərtirilib və burada ona qəsdən adam öldürmə ittihamı irəli sürülüb.//APA