Fransa prezidenti Rumıniyaya səfər edəcək

08:38 14 İyun 2022

Fransa Prezidenti Emmanuel Makron günün ikinci yarısında Rumıniyaya səfər edəcək.

Apa “Le Parisien” nəşrinə istinadla bildirir ki, səfər çərçivəsində Makron NATO-nun bazasında xidmət aparan fransız hərbçilərlə görüşəcək. Rumıniyadan sonra dövlət başçısının Kiyevə yola düşməsi gözlənilir. Bu, Makronun Ukrayna münaqişəsi başladıqdan sonra Şərqi Avropaya ilk səfəri olacaq.

 

 



Xəbər xətti