Cəbhə xətti 2,5 min km-dir: başqa çarə yoxdur

09:13 14 İyun 2022

İndi Rusiya ilə qarşıdurmada cəbhə xətti 2,5 min kilometri keçib. Amma buna baxmayaraq, müharibədə strateji təşəbbüs Ukraynada qalır.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Davam etməkdən başqa çarəmiz yoxdur. Bütün ərazimizi azad edək, işğalçıları məhv edək. İndi cəbhə xətti artıq 2,5 min kilometrdən çox olsa da, strateji təşəbbüsün hələ də bizdə olduğu hiss olunur”, - Zelenski qeyd edib.

Prezident həmçinin bildirib ki, Ukraynanın əsas məqsədlərindən biri işğal olunmuş ərazilərin azad edilməsi və dağıdılmış yaşayış məntəqələrinin bərpasıdır.

 

 

/Axar.az

 



Xəbər xətti