Almaniya Ukraynaya müasir hava hücumundan müdafiə (HHM) sistemləri və artilleriya vasitələrinin yerini müəyyən edən radarlar göndərəcək.
Apa-nın “Deutsche Welle”yə istinadən xəbərinə görə, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.
“Aydındır ki, Ukraynanın özünümüdafiə üçün əlavə silahlara ehtiyacı var. Biz bu kritik mərhələdə öz dəstəyimizi nəzərəçarpan dərəcədə genişləndiririk. Biz Ukraynaya digər şeylərlə yanaşı ən müasir HHM sistemləri və artilleriya vasitələrinin yerini müəyyənləşdirən radarlar göndərəcəyik”, - deyə Şolts bildirib.
Kansler Almaniyanın işğal başlayandan Ukraynaya silah tədarük etdiyini əlavə edib.
Şolts Berlinin öz tərəfdaşları ilə birlikdə NATO-nun hər qarış torpağını qorumağa sadiq olduğunu vurğulayıb.