Müvəqqəti işğal olunmuş Xersonda yerli vətənpərvərlərdən ibarət partizanlar şəhərə tez-tez səfərlər edən rus təbliğatçılarını aradan götürürlər.
SİTAT.İNFO UNİAN-a istinadən xəbər verir ki, yerli ictimaiyyətin Telegram-da verdiyi məlumata görə, şəhər ətrafında Rusiya Federasiyasının "media" əməkdaşlarının fotoşəkilləri olan vərəqələr peyda olub. Bundan əvvəl yerli əməkdaş Kirill Stremousov üçün “ov” elan edilmişdi.
Bu gün fotoda təbliğatçılar Yevgeni Poddubnı, Dmitri Steşin və Aleksandr Kots əks olunub. Onların aradan qaldırılması üçün mükafat təklif olunur.
"Partizanlar satqınları və təbliğatçıları ovlamaqda davam edirlər. Onlar mühakimə olunmadan cəzalanacaqlar", - məlumatda deyilir.
Safura Bənnayeva,
SİTAT.İNFO