"Rusiya ordusunu dayandırmaq üçün hər şeyi edəcəyik!" - Makron

17:31 15 İyun 2022

Fransa prezidenti Emmanuel Makron Kiyevi işğalçılarla danışıqlara sövq edir.

SİTAT.İNFO xəbər verir ki, Makron Rumıniyada NATO müttəfiqləri ilə görüşüb. 

O, Rumıniyanın Qara dəniz limanı yaxınlığındakı NATO bazasında müttəfiqləri ilə görüşü zamanı Ukraynaya dəstəyi davam etdirəcəyini deyib: "Biz Rusiya ordusunu dayandırmaq, ukraynalılara və onların ordusuna kömək etmək və danışıqları davam etdirmək üçün hər şeyi edəcəyik”. 

"Biz Ukraynanı dəstəkləməliyik. Fransa ilk gündən açıq şəkildə bildirdi ki, Rusiya təcavüzkardır. Amma biz ayıq-sayıq olmalıyıq - biz Rusiya ilə müharibə vəziyyətində deyilik. Ukrayna prezidenti və onun rəsmiləri Rusiya ilə danışıqlar aparmalı olacaqlar", - deyə o bildirib.

Xatırladaq ki, Makron Fransada müharibə iqtisadiyyatı dövrünün başladığını elan etmişdi. Həmçinin Fransa prezidenti genişmiqyaslı müharibə başlayandan bəri ilk dəfə Kiyevə gələcək.

Lamiyə Xəqani,

SİTAT.İNO

 



Xəbər xətti