Ukraynaya qarşı işğal əməliyyatını davam etdirən Rusiya, mühasirədə olan Severodonetsk şəhərində mülki əhalinin təxliyəsi üçün dəhlizin açılacağını açıqlayıb.
Lakin bu bəyanat Ukrayna administrasiyasında etimad yaratmayıb.
SİTAT.İNFO xəbə verir ki, Rusiya hərbçiləri dünən Moskva vaxtı ilə saat 08:00-dan etibarən Ukrayna əsgərlərinin "silahlarını yerə qoyacağı" təqdirdə mülki şəxslərin azad ediləcəyinə söz verib.
Bununla belə, Severodonetski tərk edən mülki şəxslərin “yalnız Rusiyanın işğal etdiyi ərazilərə gedə biləcəyi” açıqlanıb. Ukrayna tərəfi zavoddan əsgərlərin və mülki şəxslərin Kiyevin nəzarətində olan Lisiçanska təxliyyə edilməsini tələb edir. Lisiçanks Severodonetskin düz yanındadır və Ukraynanın nəzarəti altındadır.
Faktiki olaraq, Severodonetskdəki Azot kimyası zavodunun ərazisini Rusiyanın dəhlizlə bağlı açıqlamasından sonra yalnız bir nəfərin tərk etdiyi bildirilir. Luqanskdakı rusiyapərəst separatçıların bəyanatına görə, dünən dəhlizdən istifadə edilməyib. Severodonetskdə təxminən 12 min mülki şəxsin qaldığı güman edilir.
Digər tərəfdən, Ukrayna prezidenti Volodomir Zelenski bildirib ki, ölkəsindəki müharibənin taleyini Donbasda davam edən savaşın nəticəsi təyin edəcəyini bildirib və xalqını “güclü olmağa” çağırıb. “Təəssüf ki, ağrılı itkilər var. Amma biz güclü olmalıyıq. Bu, bizim ölkəmizdir” deyib.
Ləman Sərvanqızı
SİTAT.İNFO