Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, ÇXR, Misir və Qazaxıstanın dövlət başçılarının iştirakı ilə Peterburq Beynəlxalq İqtisadi Forumun (PBİF) geniş iclası keçiriləcək.
Sitat.info Publika.az-a istinadla xəbər verir ki, yerli vaxtla saat 14:00-a planlaşdırılan Forumun proqramına əsasən, sessiyada RF prezidenti Vladimir Putin, ÇXR-in dövlət başçısı Si Zinpin, Misir lideri Abdel Fəttah as-Sisi və Qazaxıstan Prezidenti Qasım-Comert Tokayevin çıxış edəcəyi gözlənilir.
*PBİF-nin plenar iclasının moderatoru qismində “Rosiyya seqodnya” mediaqrupun baş redaktoru Marqarita Simonyan çıxış edəcək.