Haker hücumuna görə Putinin çıxışı 1 saatlıq təxirə salınıb

15:09 17 İyun 2022

Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı bir saatlıq təxirə salınıb.

Apa-nın Moskva müxbirinin məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov bunun Forumun akkreditasiya sistemlərinə güclü DDoS hücumları səbəbindən atıldığını bildirib.

Onun sözlərinə görə, Putinim forumun plenar iclasındakı çıxışı yerli vaxtla saat 15:00-a keçirilib.

“Bu vaxta qədər Forumun plenar iclasına girişlə bağlı problemlər aradan qaldırılacaq və iclasda iştirak etməli olan hər kəs iştirak edə biləcək”, deyə Kremlin sözçüsü vurğulayıb.

 



Xəbər xətti