Conson Ərdoğanı niyə təriflədi: Madrid zirvəsinin maraqlı məqamları

09:43 30 İyun 2022

Prezident Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Boris Conson İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Dövlət və Hökumət Başçıları Toplantısında bir araya gəlib.

Sitat.info xəbər verir ki, görüşdən sonra İngiltərə baş nazirliyindən verilən açıqlamada tərəflərin bu görüşdən razı qaldığı açıqlanıb. 

Belə ki, Conson Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə yaşıl işıq yandırdığı ortaq memorandumdan məmnunluğunu ifadə edib:  “Finlandiya və İsveçin iştirakı NATO-da bizi daha təhlükəli onilliyə aparacaq və ittifaqı daha da gücləndirəcək”.

Conson prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan qlobal taxıl böhranının həlli istiqamətindəki liderliyini yüksək qiymətləndirib”.

Bəyanatda, Ərdoğan və Consonun İngiltərə-Türkiyə əlaqələrinin, xüsusilə texnologiya və enerji mübadiləsinin dərinləşdirilməsini müzakirə etdikləri qed olunub. Liderlər iki ölkə arasında ticarət dinamikasını daha da inkişaf etdirmək, həm Böyük Britaniya, həm də TÜrkiyə üçün iş yerləri yaratmaqla bağlı razılığa gəliblər. 

Lamiyə,

Sitat.info 



Xəbər xətti