Britaniya Ukraynaya hərbi yardım göndərir

10:05 30 İyun 2022

Böyük Britaniya hökuməti Ukraynaya 1 milyard funt sterlinq (1,2 milyard dollar) dəyərində hərbi yardım ayıracaq.

Sitat.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

Yeni yardım paketinə hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, elektron müharibə üçün innovativ avadanlıqlar daxil olacaq.

 

/Axar.az



Xəbər xətti