“Kreml təkcə Donetsk və Luqansk vilayətlərinin ərazilərini ələ keçirmək niyyətində deyil. Rus işğalçıları Xarkovun şimalındakı yaşayış məntəqələrinə doğru irəliləmək cəhdlərini davam etdirmək istəyirlər”
Sitat.info xəbər verir ki, bu barədə Amerikanın Müharibə Tədqiqi İnstitutunun analitikləri məlumat verib.
Qeyd olunur ki, Donetsk və Luqansk vilayətlərinin ərazilərinin ələ keçirilməsini sürətləndirmək üçün rus bölmələri ikinci dərəcəli bölgələrə yönləndirilib.
Analitiklər hesab edirlər ki, ötən gün rus qoşunları Xarkovdan təxminən 15 km şimalda yerləşən Dementyevkaya hücum edib. İşğalçıların fikrincə, hücum uğurlu alınıb. Öz növbəsində, Xarkov vilayətinin rəhbəri Oleq Sinegubov bu məlumatı təkzib edərək, ukraynalı qırıcıların hücumu dəf etdiyini bildirib.
Bildirilir ki, Xarkovdan şimalda yaşayış məntəqələrinə nəzarət uğrunda davamlı döyüş onu deməyə əsas verir ki, Kreml Donbasın ələ keçirilməsinə üstünlük verdiyini iddia etsə də, Donetsk və Luqansk vilayətlərindən kənarda Ukrayna ərazisi üzərində də nəzarəti bərqərar etməyə çalışır.
Son məlumata görə, Ukrayna Silahlı Qüvvələri Xarkov və Slavyansk istiqamətlərində, yəni Dementyevka, Dovqalevka və Zaliman yaşayış məntəqələri ərazilərində rus işğalçılarının hücumlarını dəf ediblər.
Safura,
Sitat.info