Yaponiyanın paytaxtı Tokioda temperatur rekordu yenilənib.
Sitat.info xəbər verir ki, Yaponiya Meteorologiya Təşkilatının (JMA) verdiyi açıqlamada, bu gün 36,4 dərəcə temperatur qeydə alınıv və bu 1875-ci ildən bəri iyun ayında görülən ən yüksək istilikdir. Yaponiyanın Saitama əyalətində 39,9, Qunma əyalətində 39,7 və Şizuokada 39,4 dərəcəyə çatan istilər ən azı 12 nəfərin ölümünə səbəb olub.
Dünən Tokuşima əyalətinin Naruto şəhərində yaşayan 80 yaşlarında bir kişinin evində ölü tapıldığı açıqlanıb, həmin şəxsin isti vurması nəticəsində öldüyü bildirilib.
Tokio Ədliyyə Tibb İnstitutu iyunda paytaxtda ən azı 11 nəfərin istidən öldüyünü bildirib. JMA həddindən artıq isti səbəbiylə zərurət olmadıqca çölə çıxmamağıl məsləhət bilsə də, mütəxəssislər çoxlu maye qəbul etmək, kondisionerdən istifadə etmək və yaxın təmas olmayan açıq yerlərdə maska taxmamaq barədə xəbərdarlıq ediblər.
Tokionun şimal-qərbində yerləşən İsaki şəhəri 40,2 dərəcə ilə Yaponiyada iyunda qeydə alınan ən yüksək temperatur rekordunu qırıb.
Səid İsaoğlu,
SİTAT.İNFO