Ukraynanın Rusiya quru qoşunlarına qarşı hücuma keçməsi üçün əlavə avadanlıq veriləcək.
Britaniya Ukraynaya daha bir milyard funt-sterlinq hərbi yardım edəcək.
Sitat.info xəbər verir ki, “Bloomberg”-in baş nazir Boris Consonun ofisinə istinadən verdiyi məlumata görə, maliyyələşmənin artırılması NATO-nun cümə axşamı, iyunun 30-da Madriddə keçiriləcək sammitində açıqlanacaq.
Bildirilir ki, Böyük Britaniya Ukraynaya hərbi dəstəyini təqribən iki dəfə artıracaq və əlavə 1 milyard funt sterlinq verəcək.
Təqdim olunan vəsait Ukrayna hərbçiləri üçün hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, elektron döyüş texnikası və digər avadanlıqların alınması üçün istifadə olunacaq.
Qeyd edilir ki, bu, Böyük Britaniyanın müharibə başlayandan bəri ümumi hərbi dəstəyini 2,3 milyard funt-sterlinqə (2,8 milyard dollar) çatdıracaq.
Səid İsaoğlu,
Sitat.info