Putindən Qərb liderlərinin lağlağısına cavab gəldi: "Siz soyunsanız bu iyrənc mənzərə olar"

00:05 1 İyul 2022

Rusiya prezidenti Vladimir Putin özü haqqında "qadın olsaydı Ukraynanı işğal etməzdi" deyə zarafat edən və çılpaq pozaları ilə zarafat edən Böyük Britaniyanın baş naziri Boris Consona cavab verib.

Putin deyib ki, Qərb liderləri, o cümlədən Boris Conson, onu təqlid etsələr və yarıçılpaq pozalar versələr, “iyrənc görünəcəklər”.

Sitat.info xəbər verir ki, Türkmənistana səfəri zamanı bu məsələyə münasibət bildirən Putin Qərb liderlərini çox spirtli içki içməkdə və idmanla məşğul olmamaqda ittiham edib.

"Bilmirəm, beldən aşağı, yoxsa yuxarı soyunmaq istəyiblər. Amma məncə, onsuz da bu, iyrənc mənzərə olardı" deyən Putin, "ən yaxşısı alkoqol və digər pis vərdişlərdən imtina etmək, bədən tərbiyəsi və idmanla məşğul olmaqdır" deyib. 

Qeyd edək ki, Putin at sürmək və balıq tutmaq da daxil olmaqla, bir çox əyləncələrində üst geyimi olmadan pozalar verir.

G7 liderlərinə paltarlarını götürə biləcəkləri barədə zarafat edən Britaniyanın baş naziri "Putin qadın olsaydı, əlbəttə ki, bu çılğın, maço müharibəsinə getməzdi" .

"Əgər siz aqressiv kişiliyin mükəmməl nümunəsi istəyirsinizsə, onun Ukraynada etdiklərinə baxın", - Conson demişdi. 

Kanadanın baş naziri Castin Trüdo da Putinin çılpaq şəkilləri ilə zarafat etmişdi. 

Səid İsaoğlu

Sitat.info



Xəbər xətti