Formula 1-in keçmiş sahibi, britaniyalı milyarder Berni Ekklstoun yaxın dostu, Rusiya prezidenti Vladimir Putini "ağıllı və birinci dərəcəli insan" kimi xarakterizə edib. Onun üçün sinəmi güllə qabağına verərəm deyib.
Sitat.info xəbər verir ki, ingilis kanalının canlı yayımına qatılan Ekklstoun Ukrayna prezidenti Vladimir Zelenskini tənqid edib. O əvvəllər dediyi kimi, yenə də sözünün üstündə dudurğunu və Putin üçün sinəsi güllə qabağına verə biləcəyini deyib.
Ekklstoun deyir: “Məncə, bu keçmiş komediyaçı (Zelenskini nəzərdə tutur) karyerasını davam etdirmək istəyir. Hər şeyi dərindən düşünsəydi, ağlı başında olana Putinlə danışmağa kifayət edərdi: "Ukrayna bu vəziyyətdən çıxmaq istəsəydi, bunu edə bilərdi. Putinin ölkəsi üçün doğru hesab etdiyi şeyi edir. Rusiya Ukraynada minlərlə insanı qəsdən öldürmür".
Bu açıqlamadan sonra Formula 1 rəhbərliyi öz elanında "Berni Ekklstounun verdiyi şərhlər onun şəxsi fikirləridir" deyib.
Nigar Abuzər
SİTAT.İNFO