Xəzər sammitinə qatılmaq üçün Aşqabada gedən Rusiya Prezidenti Vladimir Putini hava limanında heç kim qarşılamayıb.
Sitat.info xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun hazırladığı xüsusi reportajda bildirilib.
Qeyd edilib ki, sammitə iştirak etmək üçün Aşqabada gələn Azərbaycan, Qazaxıstan və İran prezidentləri duz-çörək, gül-çiçəklə qarşılanıb. Putin isə təyyarədən avtomobilə kimi təkbaşına gedib.
Rəsmi açıqlama verilməsə də, ehtimal olunur ki, bu, Putin komandasının öz təşəbbüsü ilə olub. Təhlükəsizlik və xəstəliyə yoluxma riskinə görə Putinin təhlükəsizlik xidməti qarşılanma mərasimindən imtina edib.
Ətraflı videoda:
/Axar.az