Almaniya kansleri Olaf Şolts iyulun 4-də Fransaya səfər edəcək.
SİTAT.İNFO APA-ya istinadən xəbər verir ki, bu barədə kanslerin sözçüsü Stefen Hebestreyt mətbuat konfransında bildirib.
Sözçü qeyd edib ki, hökumət başçısı Parisdə Fransa prezidenri Emmanuel Makronla görüşəcək. Kanslerin səfərində məqsəd ikitərəfli və beynəlxalq məsələləri müzakirə etməkdir.
Görüş işçi nahar səviyyəsində keçiriləcək. Görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.