Norveç Ukraynaya 1 milyard avro yardım edəcək.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin Baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.
"Norveçin Ukraynaya 1 milyard avro dəyərində yeni dəstək paketinə görə minnətdarıq. Belə çətin bir zamanda bunu çox yüksək qiymətləndiririk", - Zelenski bildirib.
Stere əlavə edib ki, Norveç 2022-ci ilin sonuna qədər və 2023-cü ilə qədər Ukraynaya dəstək üçün 1 milyard avro ayırmağı öhdəsinə götürüb.//report