Boris Conson Volodimir Zelenskiyə SÖZ VERDİ

18:50 5 İyul 2022

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya daha çox hərbi yardımın göndəriləcəyinə söz verib.

Bu barədə Baş nazir Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı deyib.

Tərəflər telefon danışığı zamanı G7 və NATO Sammiti çərçivəsində aparılan müzakirələr barədə danışıblar.

“İnanıram ki, Ukrayna ordusu bu yaxınlarda Putinin qüvvələri tərəfindən ələ keçirilən əraziləri geri qaytara bilər. Britaniya Ukraynaya özünü müdafiə etmək və yenidən qurmaq prosesində kömək etmək öhdəliyinə sadiqdir. Tezliklə Britaniyadan daha çox hərbi yardım göndəriləcək”, - Baş nazir Conson bildirib.//APA



Xəbər xətti