Xorvatiya 2023-cü il yanvarın 1-dən etibarən avrodan istifadəyə keçəcək.
SİTAT.İNFO-nun Trend-ə istinadən məlumatına görə, bu barədə Avropa Parlamentinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Xorvatiyanın valyutasının dəyişməsinə razılıq verilib.
Qərarda bildirilir ki, yeni valyuta keçid üçün Avropa İttifaqının bütün üzvləri Avropa Parlamentinin qərarını dəstəkləməlidir.
Hazırda Xorvatiyada kuna adlı valyutadan istifadə olunur.