Kadırovun hərbçiləri Luqansk vilayətinin Severodonetsk şəhərində Bismilya İslam Mədəniyyət Mərkəzini atəşə tutublar. Dini mərkəz tamamilə dağıdılıb.
"Unikal" xəbər verir ki, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday məlumat yayıb.
Onun sözlərinə görə, dinc sakinlər quyudan su götürməyə çıxanda düşmənlər insanların məsciddə gizləndiyini bilib və qəsdən atəş açıblar. Hadisə nəticəsində ölənlərin sayı dəqiqləşdirilir.