Böyük Britaniyanın məktəb məsələləri üzrə naziri Robin Valker istefa verib.
Sitat.info xəbər verir ki, bu barədə Robin Valker "Twitter"də bildirib.
O deyib ki, istefası ilə bağlı artıq ərizəsini təqdim edib.
“Bizim parlaq məktəblərimizə dəstək olmaq üçün işləmək bir şərəf idi”, - o qeyd edib.
Xatırladaq ki, iyulun 5-də Britaniyanın maliyyə və səhiyyə nazirləri istefa verib.
/Report